Futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun “Krotone” ilə oyunu “İnter”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.

Unikal.org xəbər verir ki, “İnter”in 6:2 hesabı ilə qalib gəldiyi matçda fərqlənən belçikalı hücumçu Milan təmsilçisində yeni rekord müəyyənləşdirib. Lukaku bu komandanın heyətində daxili turnirlərdə 70-ci oyununda 50-ci qolunu vurub. 

Qeyd edək ki, bu rekord daha əvvəl braziliyalı hücumçu Ronaldoya məxsus olub. Veteran hücumçu “İnter”də 77 oyuna 50 qol vurmuşdu.