İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən püskürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 3 300 metr yüksəklikdə olan vulkan kraterindən göyün üzünə doğru püskürən lava möhtəşəm görüntülər ortaya çıxarıb.
Bununla belə rəsmilər vulkan püskürməsi ilə ətraf ərazilərdə 40-a yaxın 3.8 bal civarında müxtəlif zəlzələlərin olduğunu bildirib. Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, il ərzində bir neçə dəfə püskürən Etna vulkanı sonuncu dəfə ötən ilin dekabr ayında aktivləşmişdi.