15 yaşından qlobal iqlim dəyişikliyi kampaniyalarına rəhbərlik etməyə başlayan İsveçli iqlim fəalı Qreya Tunberq yeni yaşına qədəm qoyub.
Unikal.org xəbər verir ki, "Twitter" hesabından 18 yaşı olacağını açıqlayan Qreta illər əvvəl söz verdiyi "qaranlıq sirləri" bölüşəcəğini bildirib.
“18 - Ad günüm üçün xoş arzularını bildirən hər kəsə təşəkkür edirəm. Nəhayət sərbəstəm! İqlim dəyişikliyi və bütün qaranlıq sirləri açacağam",- deyə o ifadə işlədib.
Qeyd edək ki, Tunberq dünya səviyyəli hərəkata çevrilən və milyonlarla məktəb yaşında gənci və yetkini özünə cəlb edən bir iqlim dəyişikliyi kampaniyasına başladıb.
2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda təşkil etdiyi İqlim Zirvəsinə qatılan Tunberq, çıxışı ilə bütün dünyanın gündəmində idi. Tunberqin "Burada olmamalıydım, okeanın o tayındakı məktəbdə olmalıydım. Bizdən necə ümid gözləməyə cəsarət edirsən. Boş sözlərinizlə uşaqlığımı və xəyallarımı oğurladığınız" sözlərini özündə cəmləşdirən təsirli nitqi internetdə 3 milyondan çox dəfə izlənilib.