Hindistanda quş qripi təhlükəsi ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətinin Kanqra bölgəsində yerləşən Ponq su anbarı yaxınlığında təxminən 1 700 quş ölü tapılıb. Tələf olan quşlar əsasən vəhşi dağ qazlarıdır. Bölgə rəhbərliyi quş qripi ehtimalına qarşı tədbir olaraq gölü tamamilə bağlamaq və turist ziyarətlərini məhdudlaşdırmaq qərarı verib.
Rəsmilər insanların gölə 1 kilometrdən daha yaxın gəlməsini yasaqlayıb. Quşların öldüyü şəraiti öyrənmək üçün gölə xüsusi ekspert qrupu göndərilib. Hadisənin inkişafını izləmək üçün su anbarının ətrafında 9 kilometrlik müşahidə zonası da yaradılıb. Araşdırmalar davam edir.