ABŞ Rumıniyadakı hərbi bazaya zərbə PUA-ları yerləşdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığı  "MQ-9 Reaper" zərbə PUA-larının və təxminən 90 hərbi personalın Rumıniyanın Kampiaturzi şəhərindəki hərbi bazasına yerləşdirilməsi barədə məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin NATO əməliyyatlarına dəstək olaraq bilgi toplama, izləmə və kəşfiyyat aparmaq üçün bu addımı atdığı bildirilib.