Slovakiyada da koronavirusun "Britaniya ştammı"na yoluxma qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, faktı ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib. Yoluxma faktı aşkarlanan şəxsin xaricdən ölkəyə yeni daxil olduğu məlum olub.

Həmin şəxs dərhal təcrid edilərək xəstəxanaya yerləşdirilib. Hazırda karantin şəraitində müalicəsi davam edir.