Ermənistan prezidenti Armen Sarkisyan koronavirusa yoluxub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasından məlumat verilib.

Bildirilib ki, Ermənistan prezidenti 3 yanvar tarixində Londonda ayağından əməliyyat olunub. Bundan sonra Armen Sarkisyanda COVID-19 simptomları müşahidə edilib. Sarkisyandan götürülən koronavirus testinin nəticələri pozitiv çıxıb. Hazırda onun özünütəcridə başladığı qeyd edilib.

Qeyri-rəsmi mənbələrdə isə A.Sarkisyanın xəstəxanaya yerləşdirildiyi bildirilir.