Donald Tramp seçkilərdə məğlub olmasından məyusluq keçirir.

Unikal.org xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat dərc edib. Qeyd olunur ki, Tramp artıq yaxın çevrəsində məğlubiyyətini etiraf edir. Bu məğlubiyyətlə barışsa da, böyük məyusluq keçirir.

Hazırda onun əsas məqsədi saxtakarlıq iddiaları ilə gündəmdə qalmaq, haqqında daha çox yazılmasına nail olmaqdır. Tramp sonrakı həyatında bu qalmaqallı məşhurluğunu itirmək istəmir və məşhurluğundan yararlanmaq niyyətindədir.