Koreya Xalq Demokratik Respublikası (KXDR - Şimali Koreya) lideri Kim Çen İn inkişaf planının baş tutmadığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Kommunist Partiyası 2016-cı ildən bəri ilk qurultayını keçirib. Qurultayda 7 000-dən çox insan iştirak edib. Şimali Koreya lideri Kim Çen İn də qurultayda çıxış edib.
"Hər sahədə uğursuz oldum", - deyə vurğulayan Koreya lideri tətbiq olunan inkişaf planının baş tutmadığını və bütün sferalarda geriləmələr olduğunu açıqlayıb. Həmçinin yeni və təkmilləşdirilmiş inkişaf planının yaxın vaxtıarda təqdim olunacağını bəyan edib. 7 min insanın qatıldığı toplantıda heç kimin maska taxmadığı diqqət çəkib.