Ermənistan baş naziri Nikol Paşinyan özünütəcridə başlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan açıqlama verib. O qeyd edib ki, Nikol Paşinyan epidemioloji şəraitlə bağlı izolyasiya tədbirlərinə başlayıb.
Nikol Paşinyanın koronavirus testi verib-vermədiyi barədə suala və veribsə, testin nəticəsi ilə bağlı soruşulanlara Mane Qevorkyan şərh verməyib. Qeyri-rəsmi mənbələrdə baş nazirin ikinci dəfə COVID-19-a yoluxduğu deyilir.
Qeyd edək ki, Ermənistanın prezidenti Armen Sarkisyan ötən gün koronavirusa yoluxmuşdu. Güman edilir ki, prezidentlə yaxın zamanlarda ünsiyyətdə olduğu üçün baş nazir Nikol Paşinyan özünütəcrid qərarı verib.