Gəncədə evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Uniçkal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami (Gəncə) Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər ərazisindəki evlərin birindən 100 manat və 900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini T.Heydərova saxlanılıb.
Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də şəhər ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova saxlanılıb.
Faktla əlaqədar Ağdaş RPŞ-də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.