Dünyada son sutkada 585 557 nəfər koronavirusa yoluxub, 11 632 nəfər ölüb. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 85 091 012 yoluxma hadisəsi, 1 861 005 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropa (261 299) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerikanın (242 785), Cənub-Şərqi Asiya (28 584) bölüşür.