Vətən Müharibəsi qazisi Yusifov Abbas Mədət oğlunun sosial şəbəkədə paylaşılan nigah fotoları  böyük marağa səbəb olub.

Unikal.org-a açıqlama verən qazimiz bir neçə gün öncə nigaha daxil olduğunu bildirib. O qeyd edib ki, döyüşlərdən öncə nişanlı olub:

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişəm. Zabit kimi Tərtər rayonunda vətənə xidmət etmişəm.Mən özüm Suqovuşan, Talış kəndi istiqamətində döyüşlərdə iştirak etmişəm. Axırıncı dəfə Talış kəndində gecə saatlarında minaya düşmüşəm. Ayağım topuqdan amputasiya olunub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşam. Döyüşlərdən sonra sevdiyim xanımla ailə qurmaq qərarı verdik. Qazax rayonu Aslanbəyli kəndində yaşayırıq. Həyat yoldaşım da yerlimizdir. Fotolarımızın kim tərəfindən paylaşıldığını bilmədim. Xalqımıza minnətdarlığımı bildirirəm ki, fotolarımıza xoş sözlər yazırlar, mənə dəstəyini bildirirlər. İnsanların bu münasibəti mənə xoş təsir edir. Gənclərə demək istəyirəm ki, sevgi əngəl tanımamalıdır.”

Famil Fərhadoğlu