Bu gün Abşeron rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə  Saray – Mehdiabad yolunun Novxanı kəndi ərazisinə düşən hissəsində, Duz gölünün ətraında  reallaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov məlumat verib. O bildirib ki, Abşeron RİH-nin əməkdaşlarının, Novxanı Bələdiyyəsinin üzvlərinin və habelə könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində ümumi sayı 100-ə yaxın olan və əsasən Eldar şamı, Kiparis və digər həmişə yaşıl ağacların əkilməsi həyəta keçirilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb. Ərazi məişət tullantılarından təmizlənib. 
Qeyd edək ki, ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun şəkildə təşkil olunub. 
Məlumat üçün bildirək ki, rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcək.