Bir neçə gün öncə Bakıda itkin düşən və sonradan tapılan 12 yaşlı Ləman Şahbazova sığınacağa yerləşdirilib.

Bu barədə Unikal.org-a onun qardaşı Vüqar Əziz məlumat verib. O, qeyd edib ki, aidiyaatı qurumlar araşdırma aparır:

“Bacımla dialoqa icazə verilmir. İstintaq davam etdiyi üçün əlavə məlumat verə bilmirəm. Sadəcə onu deyiblər ki, bacım küçədə tapılmayıb. O, rəfiqəsigilin evində qalıb. Həmin rəfiqəsinin ailə üzvləri “Qaynar Xətt”də məlumat veriblər. Ailəmizin razılığı ilə bacım “Nur” uşaq evinə yerləşdirilib. Hazırda bacım psixoloji kansultasiya və tibbi müayinədən keçir.”

Famil Fərhadoğlu