Ağdaş rayonunda azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edən  Nadir Səfərovun   cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, Ağdaş rayon sakini Nadir Adil oğlu Səfərov həmyerlisi olan azyaşlı oğlana qarşı seksual hərəkətlər edib.Bununla bağlı azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib.  Şikayət əsasında N.Səfərov həbs olunub.

İstintaq orqanı tərəfindən Nadir Nəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.