“Hidrometeorologiya sahəsində modernləşmə işləri planlaşdırılır”.
Unikal.org xəbər verir ki, bunu “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, onların bir hissəsi dövlət investisiyaları çərçivəsində həyata keçirilib: "Bununla yanaşı, Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işlər aparılır. Bu işlər çərçivəsində əhalinin hidrometeoroji təminatının müasir tələblərə uyğunlaşdırılması bizim planlarımızdadır. 2021-ci ildə meteo.az saytı ilə yanaşı, bu məsələni də həll etməyi planlaşdırıırıq”.