İrandan Qarabağ həvəsi
21:44 11-01-2013
CƏMİYYƏT
İrandan Qarabağ həvəsi
Tanınmış politoloq Mübariz Əhmədoğlu bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İran yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etdi".
Onun sözlərinə görə, İranın indiki təşəbbüsünün 4 vacib əlaməti var: "Birincisi, bu təşəbbüs səfirlərdən və ya digər rəsmilərdən deyil, birbaşa İranın Xarici İşlər Nazirliyindən gəlir.
İkincisi, İranın xarici işlər nazirinin müavini Əraqçı yaxınlarda Ermənistanda səfərdə oldu. Ermənistanlı həmkarı Koçaryanla yanaşı, Ermənistanın xarici işlər naziri Nalbandyanla da görüşdə o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etdi.
Üçüncüsü, İranla Ermənistan arasında əlaqələr indi daha yüksək səviyyədədir. Heç kəsin investisiya qoymadığı Ermənistana İran investisiya qoydu. İran Ermənistanın dağ-mədən sənayesinə investisiya qoymağa hazırlaşır. Bu İran-Ermənistan dəmiryolunu zərurətə çevirir. İran öz namizədi ilə Ermənistandakı prezident seçkilərində iştirak edir.
Dördüncüsü, Avropa İttifaqı və ABŞ Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəaliyyətlərini artırmaq niyyətindədirlər. Ermənistanda və Azərbaycanda seçki ilində vasitəçilərin belə aktivliyi vasitəçilik tarixində görünməmiş hadisədir.
Yaranmış vəziyyət Ermənistanı ekstraordinar addımlar atmağa təhrik edir. Ermənistan Azərbaycanla vasitəçilərsiz dialoq məsələsini irəli sürə bilər. Bu təbii ki çox faydalıdır. Lakin Ermənistan bu vəziyyətdən imitasiya üçün də istifadə edə bilər.
İran və Ermənistan razılaşdırılmış şəkildə vasitəçilik təşəbbüsü irəli sürməklə isə Azərbaycanı və vasitəçiləri bir müddət aldada bilərlər. Alternativ vasitəçilikdə maraqlı olan Azərbaycanın o cümlədən, İranın da vasitəçiliyinə münasibəti müsbətdir. İranın vasitəçilik təşəbbüsünün ziyanlı tarixi, eləcə də İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki ədalətdən və müsəlmançılıqdan uzaq mövqeyi bizdə şübhə yaratmalıdır və yaradır. Ən azı, İranın Fələstin və Dağlıq Qarabağ münaqişələrinin tənzimləmələrinə münasibətləri daban-dabana ziddir. İranın mövqeyindən belə başa düşülür ki, bu torpaqlardan hansısa biri müsəlman torpağı deyil. Hər-halda İranın Fələstinlə əlaqəli mövqeyi bunu deməyə əsas vermir. Ona görə İranın məhz Qarabağ torpağını erməni torpağı hesab etməsini ehtimal etmək olar. Həm də nəzərə alınmalıdır ki, ermənilər İranın adından belə bəyanatlar versələr də İran rəhbərliyi belə məlumatları təkzib etməyib.
Yaranmış vəziyyət İranın vasitəçilik missiyasına laqeyd qalmağımızın Azərbaycan üçün ziyanlı olduğunu göstərir. Digər addımlara keçməzdən əvvəl İranın son vasitəçilik missiyasının daha da aydınlaşmasına, dəqiqləşdirilməsinə nail olmalıyıq. Əgər İran mövqeyini konkretləşdirməyəcəksə, deməli növbəti Şuşa faciəsinə bənzər hadisəyə hazırlaşır.
Çox təəssüf ki, İran işğalçının nəinki qonşusudur, hətta onun mühüm himayəçi qohumudur.
İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində köməyi bizə lazım deyil. İranda bu köməyi çoxdan Ermənistana edirlər. İki qardaşın arasına girmək Allahın xoşlamadığı əməldir. Azərbaycan olaraq biz iki qardaşın arasına girmək kimi əməllərlə məşğul olmamalıyıq. Bizim öz qardaşımız var, yaxınlarda bizə tərəf gəlməyi ilə bağlı mesajını verəcək".
"Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Unikal"a bildirdi ki, "İranın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqe tutacağı və yaxud Azərbaycanın xeyrinə addımlar atacağını düşünmək siyasi-diplomatik sadəlövhlükdən başqa bir şey olmazdı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, İran 1992-ci ildən bəri Azərbaycan Respublikasını özünün ərazi bütövlüyü və hətta suverenliyi üçün ciddi təhdid hesab edir. Rusiya kimi İran üçün də maraqlıdır ki, Dağlıq Qarabağ problemi uzun illər ərzində həll edilməmiş qalsın və yaxud Ermənistanın xeyrinə həll edilsin. Çünki Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları baxımından həll edilməsi ölkəmizi regionda daha ciddi söz sahibinə çevirəcək. Bu status isə İranın maraqlarına cavab vermir".
Natiq
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00