Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb. Filialın iş otaqlarına işğaldan azad olunmuş doğma yurd yerlərimizin adları verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Unikal.org-a verilən məlumata görə, otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Qarabağ ovqatını əks etdirən kreativ addım -  FOTOLAR