Vətəndaşlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Tural Mamedovun  cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org xəbər verir ki, Nəsimi rayon Məhkəməsinə göndərilən iş hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.
Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşların etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.

Araşdırmalar zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında "Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, Qafqaz servis MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

Famil Fərhadoğlu