Qərbi Kaspi Universitetində "COVİD-19 pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji reaksiyalar” adlı vebinar keçiriləcək.
Unikal.org xəbər verir ki, “Pedaqogika və Psixologiya” kafedrasının müəllimi Dilbər Bəhmənlinin aparacağı vebinar 12 Yanvar 2021-ci il tarixdə saat 12:00-da başlayacaq.
Vebinarda ekstremal şəraitlərdə insanların emosional vəziyyəti, Covid-19-un insanlarda yaratdığı psixoloji reaksiyalar, insanların Covid-19-a münasibəti, stress və adaptasiya məsələləri, psixoloji debrifinq, relaksasiya, öz-özünü inandırma, iradi özünü tənzimləmə, meditasiya, kinesiologiya və s. metodlar vasitəsilə bu reaksiyaların tənzimlənməsi məsələlərindən bəhs ediləcək.
Qoşulmaq üçün link:
Toplantıya qoşulmaq üçün keçid