Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan baş nazir Nikol Paşinyanı tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Manukyan 11 yanvar Moskva görüşü və bəyanat haqqında danışıb.

"Ermənistan Paşinyanın olduğu istənilən danışıqda uduzacaq. Həmin bəyanat daha çox Azərbaycanın maraqlarına uyğundur. Nikol Paşinyan qorxaq siyasətçidir. O, Ermənistanın maraqlarını qorumağı bacarmır. Elə Qarabağla bağlı danışıqların onun hakimiyyəti illərinə təsadüf edən dövrü bizi yıxdı", - deyə Manukyan bəyan edib.