Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın müxalifət nümayəndələri ilə görüşləri barədə yazır.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, növbəti görüşlər baş nazir iqamətgahında keçirilib. Belə ki, Nikol Paşinyan Respublika Partiyasının sədri Aram Sarkisyan və Birləşmiş İşçi Partiyasının sədri Qurgen Arsenyanı qəbul edib. Ölkədəki siyasi vəziyyətin müzakirə edildiyi bildirilib.
Görüşün detalları barədə geniş məlumat verilməyib. Mətbuat səhifələrində Paşinyanın bu cür görüşlərlə müxalifəti parçalamağa çalışdığı deyilir. Görüşlərdə əsas müzakirə predmetinin isə siyasi sövdələşmələr olduğu iddia olunur.