"Telegram" platformasının sahibi Pavel Durov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Braziliyanın dövlət başçısı Ceyr Bolosonaronun "Telegram"da yeni hesab açması barədə danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Durov buna çox sevindiyini söyləyib.
"Türkiyə və Braziliya prezidentlərinin hesab açması ilə qürurlandım. Bu məni çox sevindirdi. Bəşər tarixinin ən böyük rəqəmsal köçünə şahid ola bilərik. Son dönəmlər yeni abunəçi sayında rekord müşahidə edilir. Çalışmalı və daha da inkişaf etməliyik", - deyə Pavel Durov bildirib.
Qeyd edək ki, "Telegram" sosial şəbəkəsinin sahibi Pavel Durov milliyyətcə rusdur.