İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda xəstəxanaya yerləşdirilib.
Unikal.org Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə S. Berluskoninin şəxsi həkimi Alberto Zanqrillo bildirib.
O, 84 yaşlı sabiq Baş nazirin ürəyində yaranan problemə görə təcili şəkildə Monte-Karloda xəstəxanaya yerləşdirildiyini vurğulayıb. A. Zanqrillo 2016-cı ildə S. Berluskoninin ürəyinin aorta qapağının dəyişdirildiyini xatırladıb.
Həkimi qeyd edib ki, S. Berluskoninin aritmik problemi var.