Ermənistanda siyasi vəziyyət hər ötən gün daha da gərginləşir.

Unikal.org xəbər verir ki, etirazlar fonunda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin sayı artır. Hakimiyyətdən narazılar arasında dövlət məmurları, hüquq-mühafizə xidmətinin əməkdaşları da var.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bu gün Ermənistan Polisinin mayoru Edqar Qaloyan sistemi tərk etdiyini açıqlayıb. O, Nikol Paşinyanın istefasını tələb edən qüvvələrə qoşulduğunu bəyan edib.

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan hakimiyyətində istefalar səngimir. Nikolun komandasını deputatlar və dövlət məmurları tərk edərək, baş nazirə etirazlarını bildirirlər.