ABŞ-ın Uiskonsin ştatında qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 16 yaşlı ata Loqan Anderson yeni doğulmuş körpəsini silahla iki dəfə atəş açaraq öldürüb. Belə ki, 16 yaşlı yeniyetmə özündən balaca qız dostu ilə münasibət yaşayıb. Yanvarın 5-də dünyaya gələn körpəyə sahib çıxmaq üstündə ailələr arası münaqişə yaranıb. Bu zaman yeniyetmə ata körpəsinə baxacağını bildirib.
Daha sonra ortalıqda görünməyən yeniyetmə körpəsiz dönüb. Qızın ailəsi 16 yaşlı atadan şikayətçi olub. Polislərin axtarışı nəticəsində körpənin cansız bədəni aşkar edilib. Qısa zamanda saxlanılan ata cinayəti etiraf edib. Məhkəmə yeniyetmə ata barəsində cinayət işi açıb.