Braziliyalı 31 yaşlı "Gözəllik kraliçası" Lauren Adana Lorenzetti ailəsindən pul almaq üçün saxta qaçırılma yoluna əl atıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaxın dostu və sevgilisi ilə plan quran qadın anasına zəng edərək onu qaçırtdıqlarını bildirib. Buraxılması üçün 300 min sterlinq pul istəyib.
Belə ki, plana əsasən Laurenanın sevgilisi yenidən qızın anasına zəng edərək polisə xəbər verərsə qızını öldürəcəyini bildirib. Lakin ailə polisə müraciət edib. Nəticədə Laureanın qaçırılmadığı və dostları ilə birlikdə olduğu məlum olub.