Türkiyənin Ordu şəhərində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 4 avtomobilin zəncirvari toqquşması nəticəsində 2 avtomobildə yanğın başlayıb. Hadisə yerinə aidiyyatı qurumlar cəlb edilib. Avtomobillərdə olan şəxslər xilas edilərək şəhər xəstəxanasına aparılıb. Lakin lüks idman avtomobilində olan şəxsi qurtarmaq mümkün olmayıb. O, diri-diri yanaraq can verib. Şəxsin cansız bədəni meyitxanaya aparılıb. Kimliyi məlum olmayan şəxsin barəsində axtarış işləri başlayıb.
Daha sonra yanaraq ölən şəxsin DSP 20-ci dönəm Ordu Millət vəkili Müjdat Koçun oğlu Melih Koç olduğu təyin olunub.