Niderland hökuməti istefaya gedib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Mark Ruttenin bu gün istefa qərarını açıqlamasından sonra hökumət də avtomati istefaya gedib. Səbəb 10 minə yaxın ailəni maliyyə problemləri ilə üz-üzə qoyan uşaq pulu siyasətinin pis təşkil olunması barədə hesabatın dərc olunmasıdır.

Hesabatda sosial sferada yanlış qərarlara görə 10 minə qədər ailənin hökumətin ödədiyi subvensiyaları geri ödəməyə məcbur edilməsi, maliyyə problemləri yaşaması aşkar olunub. M.Rutte istefa ilə bağlı Niderland kralına məlumat verdiyini açıqlayıb.