İsraildə Məscidi-Əqsada pandemiyadan bəri ilk dəfə cümə namazı qılınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyadan bəri ilk namaz qılınan məscidə yalnız şəhərin qədim hissəsində yaşayan fələstinlilər buraxılıb. Pandemiya səbəbi ilə məscidə buraxılanların sayına məhdudiyyət qoyulub. İslamın ilk dövrlərində qiblə burada olub.

Qeyd edək ki, məscid İsrail və Fələstin arasında mübahisə predmetidir.