Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 169 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8314 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9109, ağır xəstələr isə 2311 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 373 115 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 246 047 nəfər sağalıb, 23 664 nəfər isə ölüb.