Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Cavid Dibirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org-un məlumatına görə, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, ötən il C.Dibirovun Gərəkli kəndi ərazisindən axan çay kənarındakı kolların arasında gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və  ya onların prekursorlarını hazırlama, istehsal etmə,  əldə  etmə, saxlama, daşıma, göndərmə  və  ya satma) maddəsi ilə ittiham verilib.

Elvin Rüstəmov