Hacıqabul rayonunda qanunusuz ov edən şəxslərdən silah götürülüb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri - R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunusuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.