Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə RF-nin Nyu-Yorkdakı Baş Konsulluğunun telefon xətlərinin açılması ilə bağlı yaranan problemin aradan qaldırılması tələbi ilə nota göndərib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun nümayəndəsi Aleksey Topolski bildirib ki, gecəyədək vəziyyət dəyişməyib, şəhərə çıxışı olan bütün telefon xətləri tamamilə kəsilib.
Bildirilib ki, Baş Konsulluğun 30-dək telefon xətti bağlanıb.