Misir Mərdanovun üstünə yenə də yoxlama gəlir
12:56 16-01-2013
CƏMİYYƏT
Misir Mərdanovun üstünə yenə də yoxlama gəlir
Hesablama Palatası Təhsil Nazirliyində təftiş qərar verdi
Son vaxtlar onsuz da başı qalmaqallardan ayrılmayan, səlahiyyətlərinin bir çoxunu itirən və iqtidardakı əvvəlki təsir imkanlarından əsər-əlamət qalmayan təhsil naziri Misir Mərdanova təzə bəd xəbər var. Söhbət Mərdanovun nəzarətindəki strukturlarda yeni təftişə start verilməsindən gedir.
Məsələ burasındadır ki, Azərbaycan Hesablama Palatası “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdıracaq.
Belə ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramı təsdiq edilib. Qısası, təhsil naziri son 4 ildə büdcədən aldığı pulların hesabatını verməli olacaq.
Hansı ki, əksər ekspertlər artıq indidən bunun Misir Mərdanov üçün çətin sınaq olacağına işarə vururlar. Məsələ burasındadır ki, cəmiyyət və media ölkə təhsilini ən korrupsiyalaşmış sahələrdən biri kimi xarakterizə edirlər. Və məhz bu mənada Hesablama Palatasının yoxlamalarının Misir Mərdanov üçün arzuolunmaz yekunlaşacağı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Zaman-zaman Təhsil Nazirliyində təftişlərin acı nəticələr (əlbəttə, ilk növbədə nazirin özü üçün!) verməsi də deyilənlərdə həqiqət payının çox olduğunun işarətləridir. Məsələn, keçənlərdə aparılan bir yoxlama nəticəsində nazirlikdə təmir-tikinti xərcləri ilə bağlı iri korrupsiya faktları ortaya çıxmış, sonucda Mərdanovun bu işlərə məsul olan qohumu görəvindən alınmış, hətta onun həbsi məsələsi gündəmə gəlmişdi. Ən axırda isə proses onunla bitdi ki, məktəblərin təmir və tikintisi ilə bağlı səlahiyyətlər Misir Mərdanovdan alınaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova verildi.
İndi isə yeni təftiş başlayır və bunun sonucunda da təhsil nazirinin hansısa səlahiyyətlərindən məhrum ola bilmək təhlükəsi qalır. Elə başqa cür cəzalandırmalar da istisna deyil.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00