Hacıqabuldan Salyan rayonuna gedərək yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan və evində müalicə alan Hacıqabul rayonunun Udulu qəsəbə sakini, 1960-cı il təvəllüdlü Zülfəliyev Azadxan Əlimusa oğlunun müallicə alıdığı müddətdə evində olmadığı müəyyən edilib. Həmin şəxsin Udulu kəndində yaşadığı mənzili tərk edərək Salyan rayonuna getdiyi məlum olub. A.Zülfəliyev bilərəkdən başqalarının virusa yoluxması üçün real təhlükə yaratmaqla karantin rejimini kobud şəkildə pozub.
Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.