Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, 2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.
Bildirilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.