Qəzetsiz qəzet köşkləri
13:10 16-01-2013
CƏMİYYƏT
Qəzetsiz qəzet köşkləri
Ötən saylarımızda yazdığımız kimi, keçən ildən etibarən Bakıda yeni qəzet köşkləri quraşdırılıb. Media quruluşları həmin köşklərdə çox az qəzet satıldığını, daha doğrusu, köşklərin öz profilinə uyğun fəaliyyət göstərmədiyini bildirir. Buna görə də bir daha bu mövzuya qayıtmalı olduq.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov “Unikal”a bildirdi ki, “Dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmişik. Hətta Mətbuat Şurası bütün səviyyələrdə bunu müzakirəyə çıxarıb. Məsələyə aydınlıq gətirən yoxdur. Yeni köşklərə gündə cəmi 3-4 qəzet gətirilir. Bu da yalnız gözdən pərdə asmaq üçündür. Amma əvvəlki köşklərdə hər gün 100-150 qəzet satılırdı. Bu onu göstərir ki, əsas məqsəd oxucuları qəzetdən mümkün qədər aralı saxlamaqdı.
Azərbaycan Jurnalistlər Birliyi və “Yeni Nəsil” Jurnalistlər Birliyinin birgə hazırladığı mətbu nəşrlərin satış sisteminin dəyişdirilməsi layihəsinə biz də qoşulmuşuq. Layihə internet məkanında qəzetlərin PDF formatının hazırlanmasını nəzərdə tutur. Ancaq bu o demək deyil ki, pərakəndə satış sistemindən tamamilə imtina etmək lazımdır. Düzü, mən ilkin mərhələdə bu layihənin böyük uğur qazanacağına inanmıram. Azərbaycanda bu tip proseslər ləng gedir. Bizdə nə qəzetləri internet vasitəsilə oxumaq ənənəsi var, nə də bunun üçün lazım olan ödəniş kartları”.
Ələsgər Süleymanov qəzetlərin tirajını artırmaq yeni köşk sahiblərinin marağında olmadığını düşünür: “Bakı şəhərinin yeni 150 köşkünə hər gün cəmi 400-450 qəzet gətirilir, yəni hər köşkə 3-4 qəzet. Qəzetə isə kifayət qədər tələbat var. Onların qəzet satışından pul qazanmaq niyyəti yoxdur. Biz bu məsələni gündəmə gətirəndən sonra görüntü üçün yeni köşklərə bir necə qəzet qoydular. Amma biz mübarizəmizi sona qədər davam edəcəyik. Bizim qəzet satışından başqa gəlirimiz yoxdur”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmədli “Unikal”a bildirdi ki, “Sözügedən qəzet köşkləri Bakı şəhərinin küçələrinə qoyulan ilk dövrlərdə vəziyyət daha pis idi. Belə ki onların üzərinə “qəzet köşkü” yazılsa da, onlarda qəzetdən başqa hər şey satılırdı. Sonra həm bizim qurum, həm digər media qurumları və qəzetlər məsələyə müdaxilə edəndən sonra həmin köşklərdə, nəhayət, qəzetlər də görünməyə başladı. Amma təəssüflə qeyd etməliyəm ki, bu köşklərdə satılan malların cəmi 10%-ni qəzetlər təşkil edir”.
Məmmədli bildirir ki, “Fikrimcə, bu fakt təsadüfi deyil, bütövlükdə azad mətbuata münasibətdə yürüdülən siyasətin tərkib hissəsidir. Biz hər vəchlə çalışıb bu tendensiyanın qarşısını alacağıq. Əks halda belə davam edərsə, Bakı şəhərinin küçələrində qəzetlərin satışı tam şəkildə minimuma enəcək”. Yadigar Məmmədlinin sözlərinə görə, “Həmin başıbəlalı qəzet köşkləri Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə alınıb ölkəyə gətirilib və şəhərin küçələrinə yerləşdirilib. Ancaq bu köşklərin konkret şəkildə kimə və yaxud hansı firmaya məxsus olması barədə məlumat toplamaq çətin məsələdir. Çünki sadəcə bu barədə məlumat verilmir”.
Savalan
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44