Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

xxx

20:36

Hüquq-mühafizə orqanının əməkdaşları Masallı rayonunda əməliyyat keçirib.

Unikal.org-un məlumatına görə, əməliyyat zamanı Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun rüşvət alarkən saxlanıldığı bildirilir.C. Nəzərovla yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.

Əlavə məlumat veriləcək.