Narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində təqsirli bilinən İman Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org-un məlumatına görə, ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi
istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham verilib.

Cinayət işi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Hazırlıq iclası fevral ayının 4-ü, saat 11:30-a təyin edilib.

Xatırladaq ki, İ.Şahverdiyev daha öncə oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Elvin Rüstəmov