Gədəbəydə əmisini qətlə yetirən, onun arvadına xəsarət yetirməkdə təqsirləndirilən Arzu İsgəndərovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
Unikal.org xəbər verir ki, barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Qeyd edək ki, bu ilin iyul ayında Gədəbəy rayon Polis Şöbəsinin sabiq əməkdaşı, Gədəbəy rayon sakini, 1988-ci təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu şəxsi münaqişə zəminində, Qurudərə kənd sakini olan əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna bir neçə bıçaq zərbələri vuraraq onu qətlə yetirib.
Əmisinin həyat yoldaşı, 1959-ci il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını isə döyüb və sonra bıçaqlayaraq ağır yaralayıb.
Famil Fərhadoğlu