Narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində təqsirləndirilən Ramal Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Ramal Mehdiyevə Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onlarınhissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, R.Mehdiyev ötən il Tərtər rayonunun Hacıqərvənd kənd ərazisindəki yaxın qohumuna məxsus evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək çətənə kolu yetişdirdiyi üçün saxlanılıb.
Elvin Rüstəmov