Neftdən qurtuluruq?
22:45 16-01-2013
CƏMİYYƏT
Neftdən qurtuluruq?
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında bildirib ki, 2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2 faiz olub.
Onun sözlərinə görə ki, bu müddətdə qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatıb.
"İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımalar 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artıb. İnflyasiya 1,1 faiz təşkil edib".
Onun sözlərinə görə, on bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil edib, qeyri-neft ixracı 11,2 faiz artıb, strateji valyuta ehtiyatları 46 milyard dollar olub. Bu da xarici dövlət borcundan, təxminən, 10 dəfə çoxdur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın "Unikal"abildirib ki, "İqtisadi inkişaf naziri Şahin Mustafayevin qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı barədə müşavirədə gətirdiyi faktlar düzgündür və statistik göstəricilərə əsaslanır. Ancaq məsələ burasındadır ki, həmin rəqəmlər ölkənin makroiqtisadi mənzərəsinə aid reallığı əks etdirir. Məlum olduğu kimi, makroiqtisadi inkişafın ölkənin sıravi vətəndaşının gündəlik və yaxud aylıq dolanışığına təsiri ümumiyyətlə olmur. Yəni tutaq ki, Xəzər dənizində ümumi dəyəri bir milyon dollar olan hansısa infrastruktur yaradılırsa və yaxud sahəsi yüz min kvadrat metr olan hansısa bina tikilirsə, bu faktlar yenə də makroiqtisadi göstəricilərə aid edilir və bu, adi vətəndaşın qazancının artmasında və ya azalmasında heç bir rol oynamır".
İlham Şabanın sözlərinə görə, "2013-cü ilin dövlət büdcəsinin gəlirlər hissəsinin əsas payı yenə də neftdən gələn pulların hesabına formalaşdırlıb. Bu pay isə, məlum olduğu kimi, büdcənin 75%-ni təşkil edir. Göründüyü kimi, bütövlükdə götürəndə ölkə iqtisadiyyatı yenə də neft sektorundan asılı olaraq qalır. Bu tendensiyanın uzun illər boyunca davam etməsi ölkə daxilində yürüdülən iqtisadi siyasətin balanslı şəkildə aparılmamasından xəbər verir ki, bunun da gələcəkdə ciddi xətalara səbəb ola biləcəyi son dərəcədə realdır. Yəni Azərbaycan iqtisadiyyatı gücünü öz daxilindən ala bilmir, daha çox beynəlxalq iqtisadi proseslərin gedişindən asılı vəziyyətə düşüb. Əgər sabah hansısa səbəblərdən dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşsə, Azərbaycan iqtisadiyyatı kollaps durumuna düşəcək ki, bu da ölkə iqtisadiyyatı üçün və sıravi vətəndaşların dolanışığı üçün olduqca problemli situasiyanın formalaşması ilə nəticələnəcək".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23