Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibirli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfən g aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.