Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində təqsirləndirilən Nuriyev Müştəba Əhməd oğlunu oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Eldar İsmayılov sədrliyi ilə baxılacaq.
Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Yardımlı rayon sakini Müştəba Nuriyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram metamfetamin aşkarlanıb.
Elvin Rüstəmov