Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham edilən Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apelyasiya şikayətinə baxılıb.
Unikal.org xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, C. Novruzovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.a