Ermənipərəstlər ABŞ-da işbaşına keçir
22:48 16-01-2013
CƏMİYYƏT
Ermənipərəstlər ABŞ-da işbaşına keçir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə ABŞ parlamentinin xarici əlaqələr komitəsinə rəhbərliyə gətirələcək şəxlərin gələcəkdə Azərbaycan-Amerika münasibətlərinə hansı formada təsir edəcəyi məsələsini şərh edərkən bildirib. "Təbii ki, erməni icmasının dostları kimi tanınan Robert Menendez və Ed Royce-nin parlamentdə yüksək vəzifəyə gətirilmələri bir sıra mənfi təsirlərə gətirib çıxara bilər".
Asim Mollazadə qeyd edib ki, erməni icması bu şəxlərin siyasətini dəstəkləyir: "Amma düşünmürəm ki, onların sədrliyi dönəmində qondarma erməni soyqırımı tanınsın. Çünki Amerika həmişə Türkiyə və Azərbaycanın etibarlı müttəfiq olduğunu bəyan edib. Bu məsələ bilavasitə ciddi bəlaların yaranmasına gətirib çıxara bilməz. Mövcud vəziyyət isə bir sıra istiqamətlərdə dəyişə bilər".
Qeyd edək ki, ABŞ parlamentinin yuxarı palatasında - Senatda xarici əlaqələr komitəsinin sədri Robert Menendes olacaq. Bu vəzifədə o, Obamanın dövlət katibi vəzifəsinə irəli çəkdiyi Con Kerrini əvəzləyəcək.
Aşağı palatada Nümayəndələr Palatasında isə xarici əlaqələr komitəsinin rəhbəri vəzifəsinə respublikaçı Ed Roys gəlir.
Menendesin seçildiyi New Jersey-də ABŞ-ın sayca ikinci böyük erməni icması yaşayır. Roysun seçildiyi Kaliforniyada isə ABŞ-ın sayca ən böyük erməni icması yaşayır.
Azərbaycan Aydınlar Partiyasının sədr müavini Xanoğlan Əhmədovun əməkdaşımızla bildirib ki, "Sözügedən fakt erməni lobbisinin və erməni diasporasının Birləşmiş Ştatlarda nüfuz və söz sahibi olmasından xəbər verir və millət vəkilinin ehtimalını qismən bölüşmək olar. Bununla belə, hesab edirəm ki, ermənipərəst senator və konqres üzvünün müəyyən postlar tutması Amerika kimi superdövlətin xarici siyasətində hansısa prinsipial dəyişikliklərin olacağı barədə fərziyyələrə əsas verə bilməz. İstənilən dövlətin xarici və daxili siyasəti şəxsi maraqlar və dünyagörüşlər əsasında deyil, strateji hədəflər üzərində qurulur. Buna görə də güman etmirəm ki, yuxarıda adları çəkilən şəxslərin Amerika Senatında və Konqresində postlar tutması Birləşmiş Ştatların Azərbaycana yönəlik siyasətində ciddi və yaxud kəskin ruhlu dəyişikliklərə səbəb ola bilər".
Sədr müavininin sözlərinə görə, "İndiki prezident Barak Obama seçkiqabağı təşviqat kampaniyalarında Amerika ermənilərinə söz vermişdi ki, uydurma "erməni genosidi"nin Amerikada rəsmən tanınmasına cəhdlər göstərəcək. Mən inanıram ki, Obama öz vədinə sadiq qalmağa çalışacaqdı. Amma siyasi reallıq başqa bir müstəvidir və o sonradan anladı ki, bu addım Amerika üçün müəyyən problemlər yarada bilər və vədindən vaz keçməli oldu".
Amma Əhmədov hesab edir ki, "Eyni zamanda Azərbaycan çalışmalıdır ki, söz azadlığı və insan hüquqları sahəsində yanlışlıqlara yol verməsin. Belə faktlar qeydə alınsa, təbii ki, Amerikanın qanunverici strukturları öz maraqları baxımından Azərbaycana təzyiq göstərmək üçün müəyyən addımlar ata və antiazərbaycan ruhlu qətnamələr qəbul edə bilər. Onlara bu şansı vermək lazım deyil".
Şakir
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44