Abşeron rayonunda qətl törədilib.
Unikal.org xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Baxışov Anar Müstəcəb oğlu mübahisə zəminində yeddi bıçaq zərbəsi alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin çoxlu qan itirdiyindən həkimlər A.Baxışovun həyatını xilas edə bilməyiblər.
Hadisənin təfərrüatı Abşeron Rayon Prokurorluğunda araşdırılır.(report.az)