Dünən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı bu gün məhkəmə qərar verəcək.
Unikal.org xəbər verir ki, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
R. Məmmədovun yanvarın 28-i təxminən saat 17 radələrində saxlanıldığı bildirilir. O, DTX-də saxlanılır və bu gün saxlanılmasının 48 saatı tamam olma ərəfəsində məhkəmənin onun barəsində həbs qətimkan tədbiri seçməsi gözlənilir.